İngiltərə

MY MS-ni çempion etdi - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, lider “Mançester Siti” Londonda “Tottenhem”in qonağı olub. “Şəhərlilər” bu oyunda 3 xalı 3 qolla qazanıblar. Sözügedən komanda son 5 tur qalmış çempionluğunu da rəsmiləşdirə bilər. Lakin bunun üçün isə Xosep Qvardiolanın yetirmələrinin ən yaxın izləyicisi “Mançester Yunayted” bazar günü evdə “Vest Bromviç”ə uduzması lazım idi. Belə də olub. MY minimal hesabla uduzmaqla çempionun vaxtından öncə müəyyənləşməsinə səbəb olub.

Bazar günü baş tutan daha bir oyunda isə "Arsenal" səfərdə "Nyukasl"a uduzub.

İngiltərə Premyer Liqası
34-cü tur

14 aprel

Sauthempton - Çelsi 2:3
Qol: Tadiç, 21. Bednarek, 60 - Jiru, 70; 78. Azar, 75.

Bernli - Lester 2:1
Qol: Vud, 6. Lonq, 9 - Vardi, 72.

Kristal Pelas - Brayton 3:2
Qol: Zaha, 5; 24. Tomkins, 14 - Murrey, 18. İskerdo, 34.

Haddersfild - Uotford 1:0
Qol: İnse, 90.

Suonsi - Everton 1:1
Qol: Ayyu, 71 - Noton, 43-avtoqol.

Liverpul - Bornmut 3:0
Qol: Mane, 7. Salah, 69. Firmino, 90.

Tottenhem - Mançester Siti 1:3
Qol: Eriksen, 42 - Q.Xesus, 22. İ.Gündoğan, 25-pen. Sterlinq, 72.

15 aprel

Nyukasl - Arsenal 2:1
Qol: A.Peres, 29. Ritçie, 68 - Lakasett, 14.

Mançester Yunayted - Vest Bromviç 0:1
Qol: C.Rodriqes, 73.

16 aprel

23:00 Vest Hem - Stok Siti