İngiltərə

“Mançester Siti” və “Çelsi” səfərdə sevindi - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü tura start verilib.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun günündə baş tutub.

Lider “Mançester Siti” Londonda “Tottenhem”in qonağı olub. “Şəhərlilər” bu oyunda 3 xalı 3 qolla qazanıblar. Sözügedən komanda sona 5 tur qalmış çempionluğunu da rəsmiləşdirə bilər. Lakin bunun üçün isə Xosep Qvardiolanın yetirmələrinin ən yaxın izləyicisi “Mançester Yunayted” bazar günü evdə “Vest Bromviç”ə uduzmalıdı.

Son çempion “Çelsi” isə səfərdə “Sauthempton” üzərində çətin və əzmkar qələbəyə sevinib.

“Liverpul” da evdə “Bornmut”u darmadağın edib.

İngiltərə Premyer Liqası
34-cü tur

14 aprel

Sauthempton - Çelsi 2:3
Qol: Tadiç, 21. Bednarek, 60 - Jiru, 70; 78. Azar, 75.

Bernli - Lester 2:1
Qol: Vud, 6. Lonq, 9 - Vardi, 72.

Kristal Pelas - Brayton 3:2
Qol: Zaha, 5; 24. Tomkins, 14 - Murrey, 18. İskerdo, 34.

Haddersfild - Uotford 1:0
Qol: İnse, 90.

Suonsi - Everton 1:1
Qol: Ayyu, 71 - Noton, 43-avtoqol.

Liverpul - Bornmut 3:0
Qol: Mane, 7. Salah, 69. Firmino, 90.

Tottenhem - Mançester Siti 1:3
Qol: Eriksen, 42 - Q.Xesus, 22. İ.Gündoğan, 25-pen. Sterlinq, 72.

15 aprel

16:30 Nyukasl - Arsenal 
19:00 Mançester Yunayted - Vest Bromviç

16 aprel

23:00 Vest Hem - Stok Siti