İngiltərə

Mövsümü erkən başa vurdu - DÇ-ni də buraxa bilər

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Əmrə Can bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Dsport.az xəbər verir ki, Əmrə İngiltərə Premyer Liqasının 31-ci turunda “Uotford”la keçirilən oyunda zədələnmişdi. O, belindən zədə almışdı.

Yarımmüdafiəçinin zədəsi gözlənildiyindən ciddi olub. Əmrə bu mövsüm bir daha “Liverpul”a kömək edə bilməyəcək. Məlumatı komandanın baş məşqçisi Yurgen Klopp da təsdiqləyib.

Əmrənin “Liverpul”la qüvvədə olan müqaviləsi bu ilin yayında başa çatır. Onun “Yuventus”a keçəcəyi bildirilir. Almaniya yığmasının üzvü aldığı zədə səbəbindən böyük ehtimalla qarşıdakı dünya çempionatında da iştirak edə bilməyəcək.