İngiltərə

Premyer Liqada ayın ən yaxşı futbolçusu bəlli oldu

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu bəlli olub.

Dsport.az xəbər verir ki, çempionatda ötən ayın ən yaxşı futbolçusu “Liverpul”un hücumçusu Məhəmməd Salah seçilib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Xatırladaq ki, misirli futbolçu mart ayında şans qazandığı 4 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.