İngiltərə

“Çelsi” yarımfinalda - VİDEOLAR

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Tottenhem” səfərdə “Suonsi Siti” ilə qarşılaşıb. Darmadağınla qalib gələn London klubu yarımfinala ilk vəsiqənin sahibi olub.

“Mançester Yunayted” isə evdə “Brayton”la üz-üzə gəlib. “Qırmızı şeytanlar” da inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.

Son oyun günündə isə "Sauthempton" səfərdə "Uiqan"ı, "Çelsi" isə "Lester"i üstələyib.

İngiltərə Kuboku
1/4 final

17 mart

Suonsi Siti - Tottenhem 0:3
Qol: Eriksen, 11; 62. Lamela, 45.

Mançester Yunayted - Brayton 3:0
Qol: Lukaku, 37. Matiç, 83.

18 mart

Uiqan - Sauthempton 0:2
Qol: Heyberq, 62. Soares, 90.

Lester Siti - Çelsi 1:2
Qol: Vardi, 76 - Morata, 42. Pedro, 105.

Beləliklə, aprelin 12-də keçiriləcək yarımfinal oyunlarında "Çelsi" "Sauthempton"la, "Mançester Yunayted" isə "Tottenhem"lə üz-üzə gələcək.