İngiltərə

“Mançester Yunayted”lə “Tottenhem” yarımfinalda - VİDEOLAR

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Tottenhem” səfərdə “Suonsi Siti” ilə qarşılaşıb. Darmadağınla qalib gələn London klubu yarımfinala ilk vəsiqənin sahibi olub.

“Mançester Yunayted” isə evdə “Brayton”la üz-üzə gəlib. “Qırmızı şeytanlar” da inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.

İngiltərə Kuboku
1/4 final

17 mart

Suonsi Siti - Tottenhem 0:3
Qol: Eriksen, 11; 62. Lamela, 45.

Mançester Yunayted - Brayton 3:0
Qol: Lukaku, 37. Matiç, 83.

18 mart

17:30. Uiqan - Sauthempton
20:30. Lester Siti - Çelsi