İngiltərə

Salah pokerə, Cenk Tosun dubla imza atdı - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura start verilib.

Dsport.az xəbər verir ki, bu turda cəmi 4 görüş keçirilib.

Liderlər qrupunda qərarlaşmış “Liverpul” “Uotford”u qəbul edib. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.

Türkiyəli futbolçu Cenk Tosunun formasını geyindiyi "Everton" səfərdə "Stok Siti" ilə qarşılaşıb. Sözügedən futbolçunun dublu komandasına qələbə qazandırıb.

Turun qalan oyunları (“Tottenhem” - “Nyukasl”, “Bernli” - “Çelsi”, “Lester” - “Arsenal”, “Suonsi” - “Sauthempton”, “Vest Hem” - “Mançester Yunayted”, “Mançester Siti” - “Brayton”) FA kubokunun 1/4 final mərhələsinin görüşləri ilə bağlı təxirə salınıb.

İngiltərə Premyer Liqası
31-ci tur

17 mart

Bornmut - Vest Hem 2:1
Qol: İbe, 77. Stanislas, 89 - C.Rodriqes, 49.

Haddersfild - Kristal Pelas 0:2
Qol: Tomkins, 23. Milivoyeviç, 68.

Stok Siti - Everton 1:2
Qol: Motinq, 77 - C.Tosun, 69; 84.

Liverpul - Uotford 5:0
Qol: Salah, 4; 43; 77; 85. Firmino, 49.