İngiltərə

Premyer Liqa klubu baş məşqçisini qovdu

İngiltərə Premyer Liqasında daha bir məşqçi postundan qovulub.

Dsport.az xəbər verir ki, “Sauthempton” Mauritsio Pelleqrino ilə yollarını ayırıb. Premyer Liqanın 30-cu turunda “Nyukasl”a məğlubiyyətdən sonra (0:3) rəhbərlik argentinalı mütəxəssisi istefaya göndərib.

Onun köməkçiləri də komandadan ayrılıb. Pelleqrino “Sauthempton”da 2017-ci ilin yayından çalışırdı. Komanda 28 xalla 17-ci pillədə qərarlaşıb və düşmə zonasındadı.