İngiltərə

Mahrez müəmması ilə bağlı rəsmi açıqlama

İngiltərənin “Lester Siti” klubunun yarımmüdafiəçisi Riad Mahrezin sosial şəbəkədəki hesabında karyerasını bitirdiyini açıqladığı barədə məlumat vermişdik.

Dsport.az xəbər verir ki, o, “Facebook” hesabında həkimlərlə məsləhətləşdikdən sonra belə addım atdığını qeyd etmişdi. Lakin əlcəzairli futbolçunun digər sosial şəbəkələrdə bu barədə heç nə qeyd etməməsi, onun şəxsi hesabının oğurlandığı şübhələrini yaratmışdı.

Artıq “Lester Siti” klubu sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bütün şübhələrə son qoyulub. Belə ki, 27 yaşlı futbolçunun “Facebook” hesabının hakerlər tərəfindən oğurlandığı qeyd edilib.

“Tülkülər” rəsmi “Tvitter” səhifəsində Mahrezin şəklini paylaşaraq, azarkeşlərin narahatlığına son qoyub.