İngiltərə

Ulduz futbolçudan gözlənilməz qərar: Karyerasını bitirdiyini açıqladı!

İngiltərənin “Lester Siti” klubunun futbolçusu Riyad Mahrez karyerasını bitirib.

Dsport.az xəbər verir ki, Mahrez bu barədə özü “Facebook”dakı hesabında yazıb. O, həkimlərlə məsləhətləşdikdən sonra belə addım atdığını qeyd edib:

“Həkimlərlə məsləhətləşdim, artıq futboldan kənar duracam. Karyeramı bitirirəm, ona görə də, bir neçə söz demək istəyirəm.

Bu fantastik şəhərdə mənə verilən dəstəyə görə hər kəsə təşəkkür edirəm. Lester həmişə mənim ürəyimdə qalacaq”.

Ancaq bu məlumat başqa mənbələr tərəfindən təsdiqlənməyib. Bir çoxu hesab edir ki, Mahrezin “facebbok” səhifəsi yarılıb və bu paylaşımı onun adından başqası yazıb.