İngiltərə

MY “Çelsi”ni məğlub yola saldı - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.

Həftənin mərkəzi oyununda “Mançester Yunayted” “Çelsi” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.

"Tottenhem" də səfərdə "Kristal Pelas"dan üstün olub.

Bu turda daha bir London-Mançester dueli baş tutacaq. Martın 1-də “Arsenal” doğma meydanda lider “Mançester Siti” ilə qarşılaşacaq.

İngiltərə Premyer Liqası
28-ci tur

24 fevral

Lester - Stok Siti 1:1
Qol: Butland, 70-öz qapısına - Şakiri, 43.

Bornmut - Nyukasl 2:2
Qol: Smit, 80. Qoslinq, 89 - Qeyl, 17; 45.

Brayton - Suonsi 4:1
Qol: Murrey, 18-pen; 69. Nokar, 73. Lokadiya, 90 - Dank, 85-avtoqol.

Bernli - Sauthempton 1:1
Qol: Barnes, 67 - Qabbyadini, 90.

Liverpul - Vest Hem 4:1
Qol: Can, 29. Salah, 51. Firmino, 57. Mane, 77 - Antonio, 59.

Vest Bromviç - Haddersfild 1:2
Qol: Douson, 64 - Parra, 48. Munye, 56.

Uotford - Everton 1:0
Qol: Dini, 79.

25 fevral

Kristal Pelas - Tottenhem 0:1
Qol: Keyn, 88.

Mançester Yunayted - Çelsi 2:1
Qol: Lukaku, 39. Linqard, 75 - Villian, 32.

1 mart

23:45 Arsenal - Mançester Siti