İngiltərə

MS-ni kubokdan qovdular – VİDEO

Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Lester Siti” doğma meydanda “Şeffild Yunayted”i minimal hesabla üstələməklə növbəti mərhələyə çıxıb. Son İngiltərə çempionu “Çelsi” isə “Hall Siti” ilə oyunda 1/4 finala vəsiqəni 4 cavabasız qolla qazanıb.

İkinci oyun günündə baş tutan "Şeffild Uensdey" - "Suonsi Siti" görüşündə qalib müəyyənləşməyib. Bu üzdən də sözügedən kollektivlər təkrar oyunda üz-üzə gələcəklər. Günün digər oyunlarına gəlincə, "Sauthempton" səfərdə "Vest Bromviç"i, "Mançester Yunayted" isə "Haddersfild"i üstələyərək, növbəti mərhələyə yüksəlib. "Brayton" da doğma meydanda "Koventri Siti"dən üstün olub.

Bazar günü mərhələnin daha bir oyunu keçirilib. Premyer Liqanın iddialılarından olan "Tottenhem" aşağı liqa təmsilçisi "Roçdeyl"in qonağı olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Bu üzdən sözügedən cütdə də təkrar matç keçiriləcək.

Son oyunda isə Premyer Liqanın lideri "Mançester Siti" səfərdə "Uiqan"la üz-üzə gəlib. "Şəhərlilər" bu görüşdə minimal hesabla məğlub olaraq gözlənilmədən kubokla vidalaşmalı olub.

İngiltərə Kuboku
1/8 final

16 fevral

Lester Siti - Şeffild Yunayted 1:0

Çelsi - Hall Siti 4:0

17 fevral

Şeffild Uensdey - Suonsi Siti 0:0

Brayton - Koventri Siti 1:2

Vest Bromviç - Sauthempton 3:1

Haddersfild - Mançester Yunayted 0:2

18 fevral

Roçdeyl - Tottenhem 2:2

19 fevral

Uiqan - Mançester Siti 1:0