İngiltərə

London derbisində 1, MS-dən 5 qol - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda London derbisi baş tutub. “Tottenhem” “Arsenal”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Lider “Mançester Siti” doğma azarkeşləri önündə “Lester”i sınağa çəkib. "Şəhərlilər" bu görüşdə 3 xalı 5 qolla əldə ediblər.

İngiltərə Premyer Liqası
27-ci tur

10 fevral

Tottenhem - Arsenal 1:0
Qol: Keyn, 49.

Everton - Kristal Pelas 3:1
Qol: Siqurdsson, 46. Niasse, 51. Deyvis, 75 - Milivoyeviç, 83-pen.

Stok Siti - Brayton 1:1
Qol: Şakiri, 68 - İzkierdo, 32.

Suonsi - Bernli 1:0
Qol: S.Y.Ki, 81.

Vest Hem - Uotford 2:0
Qol: Ernandes, 38. Arnautoviç, 78.

Mançester Siti - Lester 5:1
Qol: Sterlinq, 3. Aquero, 48; 53; 77; 90 - Vardi, 24.

11 fevral

16:00 Haddersfild - Bornmut 
18:15 Nyukasl - Mançester Yunayted
20:30 Sauthempton - Liverpul

12 fevral

00:00 Çelsi - Vest Bromviç