İngiltərə

Klubunu boykot edən futbolçuya sərt cəza

İngiltərənin “Lester Siti” klubunun əlcəzairli futbolçusu Riyad Mahrez komandanın oyunlarını və məşqləri boykot edir.

Dsport.az xəbər verir ki, boykot artıq iki həftədi ki, davam edir. “Lester Siti” rəhbərliyi bununla bağlı cəza tədbiri qəbul edib.

Mahrez iki həftəlik boykota görə 273 min avro cərimələnib. Futbolçu boykotu dayandırmasa, cərimənin məbləği daha da artırılacaq.

Mahrez hazırda ailəsi ilə birlikdə vətənindədi. O, “Mançester Siti”yə keçidinə əngəl yaradıldığı üçün boykot qərarı verib.