İngiltərə

2017-ci ilin ən yaxşı belçikalı legioneri

Belçikada 2017-ci ilin ölkə xaricində çıxış edən ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, İngiltərə çempionu “Çelsi”nin hücumçusu Eden Azar ötən ilin ən yaxşısı seçilib. O, İngiltərənin digər klubu “Mançester Siti”də çıxış edən həmyerlisi Kevin de Breyne ilə İtaliya təmsilçisi “Napoli”də top qovan Dris Mertensi qabaqlayıb.

27 yaşlı futbolçu karyerasında ilk dəfə belə bir mükafata sahib çıxıb. Azar 2012-ci ildən şərəfini qoruduğu “Çelsi”də indiyə qədər 283 matça çıxıb, 85 qol vurub.

Xatırladaq ki, Azar bir müddət öncə Belçika Futbol Federasiyası tərəfindən də ötən ilin ən yaxşı belçikalı futbolçusu elan edilmişdi.