İngiltərə

Aleksis Sançesə 16 ay həbs cəzası

İngiltərənin “Mançester Yunayted” klubunun bu qış heyətinə qatdığı, Çili yığmasının da şərəfini qoruyan hücumçu Aleksis Sançes 16 ay həbs cəzası alıb.

Dsport.az xəbər verir ki, buna ulduz futbolçusunun İspaniyanın “Barselona” klubunda oynadığı dövrdə vergidən yayınması səbəb olub. Bununla bağlı keçirilən məhkəmə prosesində futbolçu vergidən bilərəkdən yayındığını etiraf edib. 29 yaşlı futbolçu 2012 və 2013-cü illərdə imic gəlirlərindən təxminən 1 milyon avronu İspaniya hökumətindən gizlədib.

Bu üzdən də məhkəmə futbolçuya 16 ay həbs cəzası kəsib. Lakin onun bu cəzası şərti xarakteri daşıyır. Belə ki, Sançes faizi ilə birgə 1,5 milyon avronu İspaniya hökumətinə ödəməklə həbsdən qaçmağa nail olub. Lakin ona qarşıdakı iki il sınaq müddəti kimi təyin olunub. Bu müddətdə o, oxşar hərəkətə yol verməməlidi.