İngiltərə

“Liverpul” futbolçusunu icarəyə verdi

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Rayan Kenti “Bristol Siti”yə icarəyə verib.

Dsport.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu mövsümün sonunadək sözügedən komandada çıxış edəcək.

“Liverpul”un öz yetirməsi olan Rayan hələ indiyə qədər doğma klubunun əsas komandasında oyun keçirməyib. Əvvəllər “Koventri Siti”, “Barnsli” kimi klublarda icarə əsasında oynamış Kent bu mövsümün birinci hissəsini də Almaniya “Frayburq”unda keçirib.