İngiltərə

Premyer Liqa klubunda fransız futbolçu

İngiltərənin “Lester Siti” klubu heyətinə yeni futbolçu cəlb edib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransada anadan olmuş malili futbolçu Fusseni Diabate ilə güclənib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Fransanın “Qazelek” klubundan transfer edilən gənc futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

Keçidin maliyyə detalları açıqlanmır.

22 yaşlı futbolçu “Reyms”in yetirməsidi. O, 2015-2017-ci illər aralığında “Genqam”da da çıxış edib. Diabate “Qazelek”də bu mövsümün əvvəlindən çıxış edirdi. Gənc yarımmüdafiəçi Malinin U-20 və U-23 yığma komandalarında da oynayıb.