İngiltərə

“Çelsi” yenə xal itirdi, “Tottenhem” darmadağına sevindi - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyun günündə 7 qarşılaşma keçirilib. 

“Çelsi” evdə “Lester”lə qarşılaşıb və növbəti xal itkisi ilə üzləşib. 

“Tottenhem” isə “Everton”u qəbul edib. Qonaqların yeni transferi - türkiyəli futbolçu Cenk Tosunun start heyətdə meydana çıxdığı və debüt etdiyi qarşılaşma darmadağınla yekunlaşıb.

İngiltərə Premyer Liqası
23-cü tur
13 yanvar

Çelsi - Lester 0:0

Kristal Pelas - Bernli 1:0
Qol: Sako, 21.

Haddersfild - Vest Hem 1:4
Qol: Lolli, 40 - Noble, 25. Arnautoviç, 46. Lanzini, 56; 61.

Nyukasl - Suonsi 1:1
Qol: Joselu, 68 - Ayyu, 60.

Uotford - Sauthempton 2:2
Qol: Qrey, 58. Dukure, 90 - Uord-Prouz, 20; 44.

Vest Bromviç - Brayton 2:0
Qol: Evans, 4. Douson, 55.

Tottenhem - Everton 4:0
Qol: Son, 26. Keyn, 47; 59. Eriksen, 81.

14 yanvar

17:30 Bornmut - Arsenal
20:00 Liverpul - Mançester Siti

15 yanvar

00:00 Mançester Yunayted - Stok Siti