İngiltərə

Konte ölümdən döndü

İngiltərə çempionu “Çelsi”nin baş məşqçisi Antonio Konte qəzadan son anda xilas olub.

Dsport.az xəbər verir ki, ötən gün səhər məşqinə gələn italiyalı mütəxəssis avtomobilini bazanın avtomobillər üçün ayrılmış hissəsində park edib. O, avtomobilini tərk edib oradan uzaqlaşandan sonra şüşə masa onun maşınının üzərinə düşüb. Beləcə, italiyalı mütəxəssis ağır qəzadan xilas olub.

İngiltərə mətbuatının yazdığına görə, masa güclü küləyin təsiri nəticəsində aşaraq avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində Kontenin avtomobilinin ön şüşəsi tamamilə sıradan çıxıb.