İngiltərə

“Mançester Yunayted” Traore ilə müqavilə imzaladı

İngiltərənin “Mançester Yunayted” klubu 17 yaşlı yarımmüdafiəçisi Aliu Traore ilə ilk peşəkar müqavilə bağlayıb.

Dsport.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. O, “qırmızı şeytanlar”ın futbol akademiyasına da cəmi bir neçə ay öncə cəlb olunmuşdu. Traore hətta mövsümöncəsi təlim-məşq toplanışı zamanı əsas komanda ilə birgə hazırlıq keçmişdi.

“Mançester Yunayted” fransalı futboçunu ötən il PSJ-dən transfer edib.