İngiltərə

“Mançester Siti”dən çətin qələbə, “Çelsi” “Arsenal”a qarşı - VİDEO

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib.

Dsport.az xəbər verir ki, mərhələnin ilk oyununda Premyer Liqanın lideri “Mançester Siti” doğma meydanda “Bristol Siti” ilə qarşılaşıb. Üç qolun vurulduğu qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.  

Bu komandalar arasındakı cavab görüşü yanvarın 23-də keçiriləcək.

Yarımfinalın digər oyununda bu gün son İngiltərə çempionu “Çelsi” evdə Londonun digər təmsilçisi “Arsenal”la qarşılaşacaq.

İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
9 yanvar

Mançester Siti - Bristol Siti 2:1

10 yanvar

00:00. Çelsi - Arsenal