İngiltərə

“Everton” Cenk Tosunla bağlı elə bir səhv etdi ki… - FOTO

İngiltərənin “Everton” klubu yeni transferi Cenk Tosunun adının yazıldığı formaları satışdan yığışdırıb.

Dsport.az xəbər verir ki, buna türkiyəli futbolçunun adının formalarda səhv yazılması səbəb olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, futbolçunun adı formalarda Cenk Tosun yerinə “Cenk Tuson” yazılıb. 

Klubun rəsmi mağazasından reportaj hazırlayan türkiyəli jurnalist, yenicə forma alıb çıxan cütlüyü bu barədə xəbərdar edib. Onlar isə dərhal mağazaya qayıdaraq, səhvin düzəldilməsini tələb ediblər.

Klub isə səhvə yol verilmiş bütün formaların satışdan yığışdırılması ilə bağlı göstəriş verib.