İngiltərə

“Arsenal” xal itirdi, MY və MS qələbə qazandı - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə lider “Mançester Siti” səfərdə “Suonsi Siti”nin qonağı olub və darmadağınla qalib gəlib.

MY də turu qələbə ilə başa vurub. “Qırmızı şeytanlar” “Bornmut”u məğlub edib.

Bu tur həm də London derbisi baş tutub. “Arsenal” şəhərin digər təmsilçisi “Vest Hem”in qonağı olub. Bu görüşdə hesab açılmayıb.

İngiltərə Premyer Liqası
17-ci tur
12 dekabr

Bernli - Stok Siti 1:0
Qol: Barnes, 89.

Haddersfild - Çelsi 1:3
Qol: Depoitre, 90 - Bakayoko, 23. Villian, 43. Pedro, 50.

Kristal Pelas - Uotford 2:1
Qol: Sao, 88. Makkartur, 90 - Janmaat, 3.

13 dekabr

Nyukasl - Everton 0:1
Qol: Runi, 27.

Sauthempton - Lester 1:4
Qol: Yoşida, 61 - Mahrez, 11. Okazaki, 32; 69. Kinq, 38.

Suonsi Siti - Mançester Siti 0:4
Qol: Silva, 27; 52. De Bruyne, 34. Aquero, 85.

Liverpul - Vest Bromviç 0:0

Mançester Yunayted - Bornmut 1:0
Qol: Lukaku, 25.

Tottenhem - Brayton 2:0
Qol: Orye, 40. Son, 87.

Vest Hem - Arsenal 0:0