İngiltərə

MY MS-yə evdə uduzdu, “Liverpul”la “Arsenal” xal itirdi - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə iki derbi baş tutub.

Əvvəlcə Liverpulda şəhərin iki əzəli rəqibi - “Liverpul” və “Everton” üz-üzə gəliblər. Matç “qırmızılar”ın doğma meydanı “Enfild”də keçirilib. Bu görüşdə qalib müəyyənləşməyib.

Bu oyundan sonra isə derbi həyəcanı Mançesterdə davam edib. İngiltərə nəhəngləri - “Mançester Siti” və “Mançester Yunayted” “Old Trafford”da münasibətlərinə aydınlıq gətiriblər. Üç qolun qeydə alındığı görüşdə qələbəni qonaqlar bayram ediblər. 

"Arsenal" isə səfərdə "Sauthempton"la bərabərliyə razılaşıb.

İngiltərə Premyer Liqası
16-cı tur

9 dekabr

Vest Hem - Çelsi 1:0
Qol: Arnautoviç, 6.

Bernli - Uotford 1:0
Qol: Arfild, 45.

Kristal Pelas - Bornmut 2:2
Qol: Milivoyeviç, 41-pen. Dann, 44 - Defo, 10; 45.

Haddersfild - Brayton 2:0
Qol: Munye, 12; 43.

Suonsi - Vest Bromviç 1:0
Qol: Boni, 81.

Tottenhem - Stok Siti 5:1
Qol: Şoukross, 21-öz qapısına. Son, 53. Keyn, 54; 65. Eriksen, 74 - Şoukross, 80.

Nyukasl - Lester 2:3
Qol: Xoselu, 4. Qeyl, 73 - Mahrez, 20. Qrey, 60. Peres, 86-öz qapısına.

10 dekabr

Sauthempton - Arsenal 1:1
Qol: Austin, 3 - Jiru, 88.

Liverpul - Everton 1:1
Qol: Salah, 42 - Runi, 77-pen.

Mançester Yunayted - Mançester Siti 1:2
Qol: Reşford, 45 - Silva, 43. Otamendi, 54.