İngiltərə

“Çelsi” uduzdu, “Tottenhem” 5 qola sevindi - VİDEOLAR

Futbol üzrə İngiltərə çempionatında 16-cı tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Vest Hem” “Çelsi”ni qəbul edib. "Zadəganlar" bu oyunda minimal hesabla uduzublar.

"Tottenhem" doğma meydanda "Stok Siti"yə divan tutub. "Lester" isə səfərdə "Nyukasl"dan üstün olub.

İngiltərə Premyer Liqası
16-cı tur

9 dekabr

Vest Hem - Çelsi 1:0
Qol: Arnautoviç, 6.

Bernli - Uotford 1:0
Qol: Arfild, 45.

Kristal Pelas - Bornmut 2:2
Qol: Milivoyeviç, 41-pen. Dann, 44 - Defo, 10; 45.

Haddersfild - Brayton 2:0
Qol: Munye, 12; 43.

Suonsi Siti - Vest Bromviç 1:0
Qol: Boni, 81.

Tottenhem - Stok Siti 5:1
Qol: Şoukross, 21-öz qapısına. Son, 53. Keyn, 54; 65. Eriksen, 74 - Şoukross, 80.

Nyukasl - Lester Siti 2:3
Qol: Xoselu, 4. Qeyl, 73 - Mahrez, 20. Qrey, 60. Peres, 86-öz qapısına.

10 dekabr

16:00 Sauthempton - Arsenal 
18:15 Liverpul - Everton
20:30 Mançester Yunayted - Mançester Siti