İngiltərə

“Mançester Siti”dən əzmkar qələbə - VİDEOLAR

Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Çelsi” “Nyukasl”ı qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə "zadəganlar" inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşü də ilk oyun günündə keçirilib. “Arsenal” evdə “Mançester Yunayted”lə qarşılaşıb. Bu oyunda da qapılara dörd qol vurulub. Qələbəni isə "qırmızı şeytanlar" bayram ediblər. 

"Liverpul" səfərdə "Brayton"u darmadağın edib. "Tottenhem" bu dəfə "Uotford"la səfər oyununda xal itkisi ilə üzləşib. "Everton" doğma meydanda "Haddersfild"i, "Lester" "Bernli"ni, "Stok Siti" "Suonsi"ni məğlub edib.

Lider “Mançester Siti” son oyun günündə meydana çıxıb. “Şəhərlilər” doğma meydanda “Vest Hem”lə matçın gedişində hesabda geri düşsə də, sonda qarşılaşmadan qələbəylə (2:1) ayrılmağı bacarıb. 

İngiltərə Premyer Liqası
15-ci tur
2 dekabr

Çelsi - Nyukasl 3:1
Qol: Azar, 21; 74-pen. Morata, 33 - Qeyl, 12.

Brayton - Liverpul 1:5
Qol: Murrey, 51-pen - E.Can, 30. Firmino, 31; 48. Koutinyo, 87. Dank, 89-öz qapısına.

Everton - Haddersfild 2:0
Qol: Siqurdsson, 47. Levin, 73.

Lester - Bernli 1:0
Qol: Qrey, 6.

Stok Siti - Suonsi 2:1
Qol: Şaqiri, 36. Diuf, 40 - Boni, 3.

Uotford - Tottenhem 1:1
Qol: Kabasele, 13 - Son, 25.

Vest Bromviç - Kristal Pelas 0:0

Arsenal - Mançester Yunayted 1:3
Qol: Lakasett, 49 - Valensia, 4. Linqard, 11; 63. 

3 dekabr

Bornmut - Sauthempton 1:1
Qol: Frazer, 42 - Ostin, 61.

Mançester Siti - Vest Hem 2:1
Qol: Otamendi, 57. David Silva, 83 - Oqbonna, 45.