İngiltərə

MY “Arsenal”ı səfərdə yendi, “Liverpul” darmadağınla qalib gəldi - VİDEOLAR

Futbol üzrə İngiltərə çempionatında 15-ci tura start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Çelsi” “Nyukasl”ı qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə "zadəganlar" inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşü də ilk oyun günündə keçirilib. “Arsenal” evdə “Mançester Yunayted”lə qarşılaşıb. Bu oyunda da qapılara dörd qol vurulub. Qələbəni isə "qırmızı şeytanlar" bayram ediblər. 

"Liverpul" səfərdə "Brayton"u darmadağın edib. "Tottenhem" bu dəfə "Uotford"la səfər oyununda xal itkisi ilə üzləşib. "Everton" doğma meydanda "Haddersfild"i, "Lester" "Bernli"ni, "Stok Siti" "Suonsi"ni məğlub edib.

İngiltərə Premyer Liqası
15-ci tur

2 dekabr

Çelsi - Nyukasl 3:1
Qol: Azar, 21; 74-pen. Morata, 33 - Qeyl, 12.

Brayton - Liverpul 1:5
Qol: Murrey, 51-pen - E.Can, 30. Firmino, 31; 48. Koutinyo, 87. Dank, 89-öz qapısına.

Everton - Haddersfild 2:0
Qol: Siqurdsson, 47. Levin, 73.

Lester - Bernli 1:0
Qol: Qrey, 6.

Stok Siti - Suonsi 2:1
Qol: Şaqiri, 36. Diuf, 40 - Boni, 3.

Uotford - Tottenhem 1:1
Qol: Kabasele, 13 - Son, 25.

Vest Bromviç - Kristal Pelas 0:0

Arsenal - Mançester Yunayted 1:3
Qol: Lakasett, 49 - Valensia, 4. Linqard, 11; 63. 

3 dekabr

17:30 Bornmut - Sautqempton 
20:00 Mançester Siti - Vest Hem