İngiltərə

“Qarabağ”ın rəqibi tək qolla sevindi - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Çelsi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Suonsi Siti” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0. “Zadəganlar”a qələbə qazandıran yeganə qolu mərkəz müdafiəçisi olan Antonio Rüdiger vurub.

Hazırda “zadəganlar” 29 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.