İngiltərə

Premyer Liqa klubu yeni baş məşqçi ilə anlaşdı

İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Sem Ellerdays çalışdıracaq. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Amma hələ klub bu təyinatı rəsmən açıqlamayıb.

Ellerdays baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Ronald Kumanı əvəz edəcək. 63 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq.