İngiltərə

Premyer Liqada 12-ci tura heç-heçə ilə yekun vuruldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda London derbisi olub. “Arsenal” evdə “Tottenhem”i 2:0 hesabıyla məğlub edib.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” isə səfərdə “Vest Bromviç”lə üz-üzə gəlib. "Zadəganlar" 4 cavabsız qolla qalib gəliblər.

Lider "Mançester Siti" də səfərdə "Lester" üzərində inamlı qələbəyə sevinib. 

"Mançester Yunayted" doğma meydanda "Nyuaksl" ilə dueldən böyük hesabla qalib ayrılıb. "Liverpul" da "Sauthempton"la görüşdə darmadağına sevinib.

İkinci oyun günündə cəmi bir görüş baş tutub. "Uotford" doğma meydanda "Vest Hem"ə qalib gəlib.

Turun qapanış matçında "Brayton"la "Stok Siti" hərəyə 2 qol vursa da, cəmi 1 xala qazana bilib.

İngiltərə Premyer Liqası
12-ci tur
18 noyabr

Arsenal - Tottenhem 2:0
Qol: Mustafi, 36. Aleksis Sançes, 41.

Bornmut - Haddersfild 4:0
Qol: Vilson, 26; 31; 84. Arter, 70.

Bernli - Suonsi 2:0
Qol: Kork, 29. Barnes, 40.

Kristal Pelas - Everton 2:2
Qol: Makartur, 1. Zaha, 35 - Baynes, 6-pen. Niasse, 45.

Lester Siti - Mançester Siti 0:2
Qol: Jesus, 45. De Bruyne, 49.

Liverpul - Sauthempton 3:0
Qol: Salah, 31; 41. Koutinyo, 68.

Vest Bromviç - Çelsi 0:4
Qol: Morata, 17. Azar, 23; 62. Alonso, 38.

Mançester Yunayted - Nyukasl 4:1
Qol: Marsyal, 37. Smollinq, 45. Poqba, 54. Lukaku, 70 - Qeyl, 14.

19 noyabr

Uotford - Vest Hem 2:0
Qol: Hyuz, 11. Riçarlison, 64.

20 noyabr

Brayton - Stok Siti 2:2
Qol: Qross, 44. İskerdo, 60 - Motinq, 28. Zuma, 45.