İngiltərə

“Qarabağ”ın rəqibi “selfi”yə görə onu qovdu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”də maraqlı hadisə yaşanıb.

Dsport.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi klubun bərbəri Əhməd Əlsanavini işdən qovub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Bərbərin qovulmasına səbəb futbolçularla selfi çəkdirməsi olub. Belə ki, o, iş başında futbolçularla "selfi" çəkdirərək sosial şəbəkədəki hesabında paylaşıb ki, bu da, rəhbərliyin xoşuna gəlməyib.

Klubdan edilən açıqlamada belə qeyd edilib:

“Əlsanavinin etdiyi bu hərəkət futbolçularla müqaviləsi olan şirkətləri də bir xeyli narahat edib. Onun etdiyi qəbuledilməzdi”.

Xatırladaq ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində, noyabrın 22-də Bakıda "Qarabağ"ın qonağı olacaq.