İngiltərə

Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, bundan sonra Premyer Liqa klubunu Devid Moyes çalışdıracaq. O, bu postda ötən gün istefaya göndərilən Slaven Biliçi əvəzləyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

54 yaşlı şotlandiyalı mütəxəssis daha əvvəl “Everton”, “Mançester Yunayted”, “Real Sosyedad” kimi klublarda çalışıb.