İngiltərə

Premyer Liqanın ən məhsuldar asiyalı futbolçusu

İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem” “Kristal Pelas”a qalib gəlib - 1:0.

Dsport.az xəbər verir ki, yeganə qolu “Tottenhem”in koreyalı legioneri Son Honq Min vurub. O, qarşılaşmanın 64-cü dəqiqəsində fərqlənib.

Bu, onun Premyer Liqada vurduğu 20-ci qol olub. Son bu göstərici ilə Premyer Liqanın ən məhsuldar asiyalısı statusuna yiyələnib. O, həmyerlisi Pak Çi Sonu geridə qoyub. Pak 19 qolu 154 oyunda vurmuşdusa, Son cəmi 72 qarşılaşmada bu nəticəyə nail olub.

Son “Tottenhem”in heyətində bütün turnirləri nəzərə almaqla, 32 qol vurub.

25 yaşlı futbolçunun müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.