İngiltərə

Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Slaven Biliçi istefaya göndərib.

Dsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda 49 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilərək, onunla yolların ayrıldığı vurğulanıb.

Biliç 2015-ci ildən Premyer Liqa təmsilçisini çalışdırırdı. “Vest Hem” onun rəhbərliyi altında Premyer Liqanın cari mövsümündə keçirdiyi 11 oyunda cəmi 9 xal toplayıb, 20 komanda arasında 18-ci sırada qərarlaşıb.