İngiltərə

Ronald Kuman qovuldu

İngiltərənin “Everton” klubu baş məşqçi Ronald Kumanı istefaya göndərib.

Dsport.az xəbər verir ki, bu yay transferlərə 150 milyon funt-sterlinq xərcləyən sözügedən klub bunun qarşılığında çox bərbad çıxışı ilə diqqət çəkirdi. Bu üzdən də rəhbərlik hollandiyalı mütəxəssisi postundan uzaqlaşdırmağa qərar verib. 

Son turda doğma meydanda “Arsenal”a 2:5 hesabıyla uduzan “Everton”, bütövlükdə geridə qalan 9 turda cəmi 2 qələbə qazanıb. 8 xal toplayan komanda 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Kumanlı “Everton” Avropa Liqasının qrup mərhələsində keçirdiyi 3 oyunda da cəmi 1 xala qazana bilib.