İngiltərə

“Qarabağ”ın rəqibi əsas forvardını uzun müddətə itirdi

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la bir qrupda yer alan İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, London təmsilçisinin ispaniyalı forvardı Alvaro Morata uzun müddətə sıradan çıxıb. “Mançester Siti” ilə Premyer Liqa matçında zədələnən futbolçu tibbi müayinədən keçdikdən sonra onun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.