İngiltərə

“Qarabağ”ın rəqibində itki

“Çelsi”nin yarımmüdafiəçisi Daniel Drinkouter İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Stok Siti” ilə səfər oyununu buraxmalı olacaq.

Dsport.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Antonio Konte oyundan öncə keçirilmiş mətbuat konfrasında məlumat verib. O, Drinkouterin komandada yeganə itki olduğunu deyib.

Xatırladaq ki, yay fasiləsində “Lester Siti”dən transfer edilən yarımmüdafiəçi Çempionlar Liqasının “Qarabağ”la oyunundan öncə zədələnmişdi. O, Premyer Liqanın cari mövsümündə bir oyunda belə, şans qazanmayıb.

“Stok Siti” - “Çelsi” qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.