İngiltərə

“Çelsi”nin növbəti rəqibi bəlli oldu

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi”nin də növbəti mərhələdəki rəqibi müəyyənləşib. Ötən gecə “Nottingem Forest”ə 5:1 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksələn “Çelsi” 1/8 finalda “Everton”la qarşılaşacaq.

Növbəti mərhələdə üz-üzə gələcək bütün cütlüklər isə bunlardı:

“Lester Siti” – "Lids"
"Bornmut" – "Midlsbro"
"Çelsi" – "Everton"
"Mançester Siti" – "Vulverhempton"
"Suonsi" – "Mançester Yunayted"
"Arsenal" – "Norviç Siti"
"Tottenhem" – "Vest Hem"
"Bristol Siti" – "Kristal Pelas"

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları oktyabrın 23-də keçiriləcək.