İngiltərə

"Arsenal" iki futbolçusunu icarəyə göndərdi

İngiltərənin "Arsenal" klubunun iki müdafiəçisi - Karl Cenkinsonla Koen Bramall yeni mövsümü "Birmingem"də keçirəcək

İngiltərənin "Arsenal" klubunun iki müdafiəçisi - Karl Cenkinsonla Koen Bramall yeni mövsümü "Birmingem"də keçirəcək.

Dsport.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda hər iki futbolçunun bir illik icarəyə götürüldüyü qeyd olunub. 

Qeyd edək ki, Bramall sol, Cenkinson isə sağ cinah müdafiəçisidi. 21 yaşlı Koen "Arsenal"a bu ilin yanvarında "Haddersfild"dən transfer olunub. 25 yaşlı Karl isə "Çarlton Atletik"dən 2011-ci ildə "topçular"ın sıralarına cəlb olunub. London klubunda 38 oyun keçirən futbolçu İngiltərənin müxtəlif yığmalarında da oynayıb, əsas millidə 1 oyuna çıxıb. O, 2014/15 və 2015/16 mövsümlərini "Vest Hem"də icarədə keçirib.