İngiltərə

Premyer Liqa klubundan rekord transfer

İngiltərənin "Brayton" klubu növbəti transferini rəsmiləşdirib

İngiltərənin "Brayton" klubu növbəti transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, Premyer Liqanın yeni təmsilçisi Belçikanın "Brügge" klubunun yarımmüdafiəçisi Xose İskerdonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı kolumbiyalı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, bu transfer "Brayton" tarixinin ən bahalı keçidinə çevrilib. Belə ki, elitanın yeni təmsilçisi İskerdoya görə onun klubuna 13,5 milyon funt-sterlinqindən keçib. 

Bu ildən Kolumbiya yığmasına da dəvət almağa başlayan İskerdo peşəkar karyerasına ölkəsinin "Deportivo Pereyra" klubunda başlayıb. Daha sonra o, Kolumbiyanın "Onse Kaldas" komandasında da çıxış edib. Xose "Brügge"də 2014-cü ildən oynayırdı.