İngiltərə

London derbisində "Çelsi" sevindi

İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Mançester Yunayted” səfərdə “Suonsi”ylə qarşılaşıb və darmadağınla qalib gəlib.

"Liverpul" doğma meydanda "Kristal Pelas"a minimal hesabla qalib gəlib. "Arsenal" isə səfərdə "Stok Siti"yə uduzub.

Turun mərkəzi qarşılaşması Londonda baş tutub. Bu şəhərin iki komandasından çempion “Çelsi” son mövsümün ikincisi “Tottenhem”in qonağı olub. Üç qolun vurulduğu görüşdə qələbəni "zadəganlar" bayram ediblər.

İngiltərə Premyer Liqası
2-ci tur
19 avqust

"Suonsi" - "Mançester Yunayted" 0:4
Qol: Bayi, 45. Lukaku, 80. Poqba, 82. Marsyal, 84.

"Bornmut" - "Uotford" 0:2
Qol: Riçarlison, 73. Kapu, 86.

"Bernli" - "Vest Bromviç" 0:1
Qol: Kanu, 71.

"Lester Siti" - "Brayton" 2:0
Qol: Okazaki, 1. Maquayr, 54.

"Liverpul" - "Kristal Pelas" 1:0
Qol: Mane, 73.

"Sauthempton" - "Vest Hem" 3:2
Qol: Qabbyadini, 11. Tadiç, 38-pen. Austin, 90-pen. - X.Ernandes, 45; 74.

"Stok Siti" - "Arsenal" 1:0
Qol: Xese, 47.

20 avqust

"Haddersfild" - "Nyukasl" 1:0
Qol: Muy, 50.

"Tottenhem" - "Çelsi" 1:2
Qol: Batşuayi, 82-öz qapısına - Alonso, 24; 88.

21 avqust

23:00 "Mançester Siti" - "Everton"