Güləş

Azərbaycan güləşçiləri Bakıda toplanışa başladı - VİDEO

Yunan-Roma güləşi üzrə yığmamız 2019-cu ilin ilk yarışlarına hazırlığı Bakıda davam etdirir.

Dsport.az xəbər verir ki, yanvarın 7-dən Olimpiya Güləş Mərkəzində yeni ilin ilk təlim-məşq toplanışına start verən millimiz tam heyətlə hazırlıq keçir. 

Baş məşqçi Şaban Donat perspektiv vəd edən yeniyetmə və gənc güləşçiləri də əsas komandanın hazırlıq prosesinə daxil edib. Bu toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Belə ki, pəhləvanlarımız xalça üzərində məşq etməklə yanaşı, fitness çalışmaları və kross qaçışında da iştirak edir.

Qarşıda komandamızı 2 ənənəvi yarış gözləyir. Yunan-Roma güləşçilərimizin bir qismi yanvarın 24-25-də İranda "Təxti Kuboku"nda, bir qismi isə fevralın 1-3-də Türkiyədə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayacaq. Yaxın günlərdə hər iki yarış üçün heyət ictimaiyyətə açıqlanacaq.