Güləş

Yunan-Roma güləşçilərimiz də İrana gedir

Noyabrın 22-də İranın Gürgan şəhərində 15 yaşadək yunan-Roma güləşçiləri arasında “Day of children” turniri keçiriləcək.

Dsport.az xəbər verir ki, komanda yarışında ölkəmizi məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Fəraim Mustafayev (38 kq), Pərviz Dadaşov (41 kq), İsmayıl Rzayev, Tural Mehdiyev (hər ikisi 44 kq), Cavidan Məmmədli (48 kq), Elmir Əliyev (52 kq), Etibar Rzayev (57 kq), Kənan Abdullazadə, Fərid Zeynalabdinov (hər ikisi 62 kq), Ruslan Nurullayev (68 kq), Emil Ağayev (75 kq) və İbrahim Mehrəliyevdən (85 kq) ibarət kollektiv təmsil edəcək.

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyacaq.