Güləş

Dünya çempionatında daha 3 medal

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb.

Dsport.az xəbər verir ki, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub. Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.  
 
Əvəzində Nuriyev bürünc medal görüşündə Əli Əkbər Heydərini sonuncu xal prinsipinə əsasən üstələyib. 
 
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal qazanıb.  
 
60 kq
FİNAL. Murad Məmmədov - Keniçiro Fumita (JPN) - 1:10 
1/2 final. Murad Məmmədov - Kərəm Kamal (TUR) 
1/4 final. Murad Məmmədov - Dato Çxartişvili (GEO)
1/8 final. Murad Məmmədov - Rüstəm Teişov (KGZ) 4:1
Təsnifat. Murad Məmmədov - İslamcan Bəhramov (UZB) 8:0

67 kq
FİNAL. Kərim Cəfərov - Məhəmməd İbrahim Əlsəyid (EGY) - 0:8
1/2 final. Kərim Cəfərov - Otto Losonşi (HUN) - 8:0 
1/4 final. Kərim Cəfərov - Meirzxan Şermaxanbet (KAZ) 9:7
1/8 final. Kərim Cəfərov - Ryo Nakahaşi (JPN) 8:0
Təsnifat. Kərim Cəfərov - Nolan Robert Baker (USA) 14:6

72 kq
Təsəlliverici görüş - İslambek Dadov - Tomaş Lavay (HUN) - 0:2 
1/8 final - İslambek Dadov - Çingiz Arslan (TUR) 3:6

82 kq
1/8 final - Eltun Vəzirzadə - Jalqasbəy Berdimuratov (UZB) 5:6

97 kq
Bürünc medal görüşü - Orxan Nuriyev - Əli Əkbər Heydəri (İRİ) - 3:3
Təsəlliverici görüş - Orxan Nuriyev - Teymur Mirzə Mamacanov (UZB) 4:1
Təsəlliverici görüş - Orxan Nuriyev - Matti Elias Kuosmanen (FİN) 2:1
Təsnifat - Orxan Nuriyev - Şolt Toeroek (HUN) 1:5