Güləş

Turan Bayramov: “Sevincimin həddi-hüdudu yoxdu”

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.  

Dsport.az xəbər verir ki, sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib: 

“İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm”.