Güləş

Turan Bayramov olimpiya çempionu oldu

Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub. 

Dsport.az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. 

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb. 

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan olimpiya çempionu olub. 

A qrupu
Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0
FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1