Güləş

“Vətənə medalla qayıtmağa çalışacağıq”

Yunan-Roma güləşi üzrə yığmamızın gənc və böyük perspektiv vəd edən güləşçilərdən biri İslam Abbasovdu.

Dsport.az xəbər verir ki, gənclər arasında dünya və Avropa çempionu bu dəfə böyüklərin mundialında uğuru hədəfləyib: 

“Macarıstanın paytaxtı Budapeştdə bizi çox ciddi yarış gözləyir. Dünya çempionatına yaxşı hazırlaşmışıq. Bir az yorğunluq var. Ancaq DÇ ərəfəsində istirahət edib, gücümüzü bərpa etmək imkanı əldə edəcəyik. Sparrinq rəqiblərimə təşəkkür edirəm. Onlarla birgə məşq etmək mənə çox kömək edir. Federasiya rəhbərliyinə də diqqət və qayğıya görə minnətdarıq. Çalışacağıq ki, vətənə medalla qayıdaq. Bu çəkidə 10-a yaxın favorit var. Güclü rəqiblərlə qarşılaşacağam. Ona görə də dünya çempionatına çox yaxşı hazırlaşmaq lazımdır. İnşallah, əziyyətimiz yerdə qalmaz”.