Güləş

Əliyeva dünya beşincisi oldu

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub. 

61 kq-da mübarizə aparan Jalə Əliyeva bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Çin idmançısına uduzan Jalə çempionatı 5-ci sırada tamamlayıb. 

46 kq 
Təsəlliverici görüş - Xiaomin Xie (CHN) - Ayşən Yusifova 10:0
1/4 final - Ayşən Yusifova - Sakura Motoki (JPN) 2:12
1/8 final - Ayşən Yusifova - Georgia Kazantzidou (GRE) 2:0

61 kq 
Bürünc medal görüşü - Jalə Əliyeva - Anşu Anşu (İND) 0:10
Təsəlliverici görüş - Anastasiya Grançak (KAZ) - Jalə Əliyeva 2:3
1/4 final - Jalə Əliyeva - Qin Zhao (CHN) 0:11
1/8 final - Jalə Əliyeva - Sezim Jumanazarova (KGZ) 12:5