Güləş

Millimiz Kaspiyskdən 1 medalla qayıdır

Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. 

Dsport.az xəbər verir ki, turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurub. 

60 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.